Menu

Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü

01.09.2026, 13:00
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü

Ötən il Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradovdan xəbər var.

“AzPolitika” Gununsesi.info-ya istinadla bildirir ki, Fuad Muradovun cəza çəkdiyi müəssisə dəyişdirilib.

O, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının sabiq təmsilçilərinin saxlanıldığı 9 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bunun üçün hər hansı hüquqi əsaslandırmanın olub-olmamasına gəlincə, bu barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, adıçəkilən müəssisə Cəzaların İcra Məcəlləsində nəzərdə tutulan xüsusi müəssisə statusundadır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Muradov hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib. İş üzrə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri tətbiq olunub.

Fuad Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Şərhlər

Vüqar Məmmədov 2026-09-02 13:59:32

Belə savadsız adamları zərərsizləşdirmək hökumətin əlində 1×1 di, özünü hökumət yönümlü birisi kimi təqdim etməyə çalışdığı halda birdə görürdün özündən asılı olmayaraq elə bir cümlə işlədirdi ki, açıq -aşkar həm hökuməti təhqir edirdi həmdə öz fikirlərinə əks don geyindirmiş olurdu! Nə isə Allah butun günahsız həbs olunanların qapısını açsın!
AMİN!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol