Menu

ONLARIN MAAŞI 3 MİN MANATA QALDIRILIR... - Prezidentin tapşırığı ilə

02.09.2026, 23:45
ONLARIN MAAŞI 3 MİN MANATA QALDIRILIR... - Prezidentin tapşırığı ilə

Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər şəhər və rayonlarda fəaliyyət göstərən dar ixtisas sahibi olan həkimlərin maaşları yüksəldilir.

“AzPolitika” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması istiqamətində verdiyi müvafiq tapşırıqda öz əksini tapıb.

Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata (107% artım), neonatoloqların maaşı 1 450 manatdan 2 400 manata (66% artım), hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata (55% artım) çatdırılır. 

Həmçinin mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya həkimlərinin məvacibi 1 450 manatdan 2 150 manata yüksələcək.

Şərhlər

Rasim Quliyev 2026-09-02 23:25:56

Vaxtında verilən qərardır. Savadlı tanıdığım həkimlər hamsı Almaniyaya qaçır Almaniyada qazanır vergi verir ora 45% burda amma əksinə kadr çatışmazlığı yaranır. DGK, DVX, DİN,FHN əmək haqqlarına əl gəzdirsəydiz yaxşı olardı Cənab prezident

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol