Menu

Ustanı evin damında elektrik cərəyanı vurub öldürdü

02.09.2026, 17:53
Ustanı evin damında elektrik cərəyanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“AzPolitika” xəbər verir ki, hadisə dünən saat 11 radələrində Xətai rayonunda qeydə alınıb.

NZS qəsəbəsi A.Qurban küçəsi ev 25-in damında usta işləyən Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol