Menu

Dörd avtomobil toqquşdu, üç nəfər xəstəxanaya düşdü - Salyanda AĞIR QƏZA

03.09.2026, 13:09
Dörd avtomobil toqquşdu, üç nəfər xəstəxanaya düşdü - Salyanda AĞIR QƏZA

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.

"AzPolitika" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 07:00-da Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"İlkin məlumata əsasən, hadisə hərəkət növbəliliyi işıqforla nizamlanan yolayrıcında yolayrıcını keçmə qaydasının pozulması nəticəsində baş verib. Belə ki, Neymət İsmayılovun idarə etdiyi 10-ZM-035 dövlət qeydiyyat nişanlı "Infiniti" markalı avtomobillə Fərəhman Eyvazovun idarə etdiyi 10-KR-480 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində "Infiniti" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış Müşfiq Cəfərova məxsus 10-VL-221 dövlət qeydiyyat nişanlı VAZ markalı avtomobillə, həmçinin Ərəstun Əhmədovun idarə etdiyi 90-ZG-608 dövlət qeydiyyat nişanlı "Mazda" markalı avtomobillə toqquşub.

Hadisədən sonra VAZ markalı avtomobilin sürücüsü istisna olmaqla, digər üç sürücü ilkin tibbi yardım almaq üçün xəstəxanaya müraciət edib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yolayrıcına yaxınlaşarkən sürəti azaltmağa, işıqforun siqnallarına və keçid növbəliliyinə ciddi riayət etməyə çağırır", - deyə məlumatda bildirilir.

***

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol