Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tibbi sərf mallarının satın alınması ilə bağlı açıq tender elan edib.

"AzPolitika" xəbər verir ki, tenderin yekun qiyməti 1 milyon 654 min manat təşkil edib.

Tender çərçivəsində tibbi sərf mallarının alınması nəzərdə tutulub. Siyahıda hazır sarğı örtüsü (4 900 ədəd), epidural dəst (40 ədəd), üçyollu musluk (10 300 ədəd), absorbent (80 ədəd), "Activated Clotting Time" (ACT) (1 200 ədəd) və ağız gigiyenası dəsti (20 ədəd) kimi məhsullar yer alıb. Ümumilikdə satınalma siyahısında 389 adda məhsul qeyd edilib.