Belarusun Dövlət Standartlaşdırma Komitəsi səkkizillik Ermənistanın “Yerevan 2800” konyakının ölkəyə idxalını, satışını və dövriyyəsini qadağan edib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, qurumun reyestrində yer alan məlumata görə, yoxlama zamanı içkinin tərkibindəki aşılayıcı maddələrin miqdarının müəyyən edilmiş normadan xeyli aşağı olduğu aşkarlanıb. Bundan başqa, məhsulun uyğunluğunun qiymətləndirilməsinə dair sənədlərin qüvvədən düşdüyü bildirilib.
Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsalı olan konyak təhlükəli məhsul kimi qiymətləndirilib və onun Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi qeyd olunub.
Bundan əvvəl Rusiyada da bir sıra Ermənistan istehsalı şərab və konyakların məcburi tələblərə uyğun olmadığı əsas gətirilərək satışına məhdudiyyətlər tətbiq edilmişdi.

Şərhlər