Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur.
“AzPolitika” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dollarına yüksəlib.
“Ethereum” 4,82% artaraq 2 512,47 dollara, BNB 4,95% bahalaşaraq 726,30 dollara çatıb. “Zcash” 16,43% yüksələrək 950,46 dollara, “Bitcoin Cash” 3,83% artaraq 256,62 dollara, “Bittensor” isə 5,39% bahalaşaraq 229,81 dollara yüksəlib. “Monero” isə 0,81% ucuzlaşaraq 503,20 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,78% artaraq 4 475,49 dollara, “Tether Gold” (XAUT) isə 0,87% bahalaşaraq 4 466,09 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son sutkada 4,75% artaraq 166,42 bənd təşkil edib.
Kriptovalyuta bazarındakı yüksəlişə FED-in sentyabrda faiz artıra biləcəyi ilə bağlı narahatlıqların azalması dəstək verib. FED rəsmisi Kristofer Uollerin inflyasiyanın zəifləməsi davam edərsə faizlərin dəyişdirilmədən saxlanılmasını dəstəkləyə biləcəyini bildirməsindən sonra ABŞ istiqrazlarının gəlirliliyi aşağı düşüb və riskli aktivlərə maraq artıb. Bazar iştirakçılarının diqqəti indi ABŞ-da açıqlanacaq əmək bazarı göstəricilərinə yönəlib.

Şərhlər