Menu

Partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar - RƏSMİ

04.09.2026, 13:48
Partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar.

"AzPolitika" xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib.

O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb:

"Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir".

Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol