Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Vaqif Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1986-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1991-ci ildə həmin institutun ingilis dili fakültəsində baş müəllim kimi fəaliyyət göstərib.

Vaqif Sadıqov 1992-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. O, Beynəlxalq Təşkilatlar idarəsinin birinci katibi, daha sonra hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri vəzifələrində işləyib.
1995–2004-cü illərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında Azərbaycanın daimi nümayəndəsi olub.
1998–2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001–2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi vəzifəsini tutub.
2004–2010-cu illərdə Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 2010–2016-cı illərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
2016–2021-ci illərdə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsini icra edib.
Vaqif Sadıqov 26 iyul 2021-ci ildə Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, bu vəzifədə 10 avqust 2026-cı ilədək fəaliyyət göstərib.
Diplomat ingilis, rus, fransız və alman dillərini bilir. Vaqif Sadıqov Bakı Avrasiya Universitetinin fəxri doktorudur.

Anar Keykavus oğlu Əcəmov isə uzun illər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib. Sezar pizza
2018-ci ildə o, Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyətə başlayıb.
Diplomatın qardaşı Ayaz Əcəmov hazırda SOCAR-ın Baş ofisində Qaz Əməliyyatları departamentində böyük mühəndis vəzifəsində çalışır.

Şərhlər