ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Kiyevə planlaşdırılan səfərləri üçün alternativ planlar müzakirə edirlər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Uittkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini açıqlamasından bir gün sonra baş verib.
Mənbənin məlumatına görə, Uitkoff və Kuşner 5-6 sentyabr tarixlərində Moskva və Kiyevə səfər etməyi planlaşdırırdılar, lakin Uitkoff Ukrayna paytaxtına səfərdən "qorxmağa başlayıb": "Ruslar onların bura, Kiyevə gəlməsini istəmirlər və Uitkoff həmişə Rusiyadakı əhval-ruhiyyəyə həssas yanaşıb. Onlara bunun təhlükəli olduğu deyilir".
Qeyd olunur ki, Kiyev ardıcıl doqquz gündür davam Rusiyanın raket və PUA hücumları ilə üzləşir. Bu gün səhər paytaxta daha bir pilotsuz təyyarə hücumu həyata keçirilib. Bu vəziyyətdə maraqlı olan odur ki, ABŞ daha əvvəl Ukraynadan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin 25 avqustda Rusiyaya səfəri zamanı Moskvaya zərbə endirməməsini xahiş etmişdi. İndi isə Tramp administrasiyasının öz elçiləri Kiyevdə olarkən Rusiyaya oxşar bir tələb irəli sürüb-sürməyəcəyi hələ məlum deyil.
Bu arada Rusiya mediası Uitkoff və Kuşnerin Kiyevə səfərlərindən əvvəl Moskvaya gələcəyini bildirib. TASS təsdiq edib ki, səfər 5-6 sentyabr tarixlərində baş verəcək.
“AzPolitika.info”


Şərhlər