Aqrarkredit QSC balansında olan bəzi daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.
“AzPolitika” xəbər verir ki, satışa çıxarılan əmlaklar arasında torpaq sahələri və qeyri-yaşayış obyektləri yer alır:
1. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 2.040.000,00 (iki milyon qırx min) manat;
2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət –1.530.000,0 (bir milyon beş yüz otuz min) manat;
3. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 ha torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil. Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat;
4. Şəki şəhəri, Salman Mumtaz küçəsində 29,8 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil. Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat;
5. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3,8666 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil. Start qiymət – 657.050,00 (altı yüz əlli yeddi min əlli) manat;
6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən 1078.1 kv.m sahədən ibarət qeyri-yaşayış binası. Əmlaklar yüklü deyil. Start qiymət – 4.060.000,00 (dörd milyon altmış min) manat.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar əmlakın ilkin satış qiymətinin 0,5%-i həcmində beh ödəməli və təkliflərini qapalı zərfdə təqdim etməlidirlər. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 bank günü ərzində tam ödənilməsini təmin etməlidir.

Şərhlər