Menu

Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb

07.09.2026, 08:10
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb

Cənubi Koreya, ABŞ və Yaponiya Çedjudo adasının cənub və şərqində beynəlxalq sularda üçtərəfli dəniz təlimlərinə başlayıb.

 “Freedom Edge” adlanan təlimlər 5 gün davam edəcək.

Təlimlər dəniz, hava və kiberməkan da daxil olmaqla bir neçə istiqaməti əhatə edir. Ölkələr birgə əməliyyat imkanlarını və müxtəlif şəraitlərdə koordinasiyalı cavab vermək qabiliyyətlərini artırmağı planlaşdırır.

Seul təlimlərin müdafiə xarakterli olduğunu və beynəlxalq hüquqa uyğun keçirildiyini bildirir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol