Menu

Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - Video - Fotolar

07.09.2026, 10:49
Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - Video - Fotolar

Gəncədə yol qəzası olub.

“AzPolitika” xəbər verir ki, hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib.

“Chevrolet” markalı avtomobil “Prius” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Chevrolet” mağazaya çırpılıb. Nəticədə, sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol