Tərtər sakinini güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahdan güllələnməsi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.
***
Tərtərdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb.
"AzPolitika" Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər