Menu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - Yağışa görə

07.09.2026, 23:56
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - Yağışa görə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol