Menu

PISA 2025: Baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb

08.09.2026, 12:52
PISA 2025: Baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb

Baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu, PISA-nın 2025-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, PISA nəticələrinin ən vacib göstəricisi orta bal deyil, baza səviyyəsinə çatmayan şagirdlərin payıdır:

"PISA tədqiqatının nəticələrinə əsasən, 2025-ci ildə Bakı üzrə azərbaycanlı şagirdlər arasında baza səviyyəsi olaraq müəyyən edilmiş 2-ci səviyyədən aşağı nəticə göstərənlərin payı əvvəlki illərlə müqayisədə azalıb. Riyaziyyatda bu pay 2022-ci ildəki 61,9 faizdən 37 faizə enib, yəni əvvəl hər üç şagirddən təxminən ikisi baza həddinə çatmırdısa, indi üçündən biridir".

Həmçinin bildirilib ki, təbiət elmlərində göstərici 65,9 faizdən 38,3 faizə, oxu üzrə isə 69,2 faizdən 50,9 faizə düşüb: "Hər üç halda 2025-ci ilin nəticəsi təkcə 2022-ci ili yox, 2018-ci ilin göstəricilərini də (müvafiq olaraq 50,7; 57,8 və 60,4 faiz) geridə qoyub".

Qeyd edək ki, 2-ci səviyyə PISA-da minimum funksional savadlılıq həddi sayılır. Bu həddən aşağıda qalan şagird gündəlik həyatda bilik və bacarıqlarını tətbiq etməkdə çətinlik çəkir.

Şərhlər