Menu

Bakı şagirdlərinin oxu nəticələri yüksəldi - PISA 2025 hesabatı

08.09.2026, 13:59
Bakı şagirdlərinin oxu nəticələri yüksəldi - PISA 2025 hesabatı

Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi pandemiyadan sonrakı dövrün təsirlərinin aradan qaldırıldığını göstərir.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu, PISA-nın 2025-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi 2022-ci illə müqayisədə 40 bal yüksəlib. Bu nəticə pandemiyadan sonrakı dövrün təsirlərinin oxu sahəsində də aradan qaldırıldığını göstərir. Hazırkı göstərici 2018-ci ilin səviyyəsindən də 16 bal yuxarıdır.

Həmçinin beynəlxalq təcrübə oxu savadlılığının PISA çərçivəsində irəliləyiş əldə olunmasının ən çətin sahələrdən biri olduğunu göstərir. Bu bacarıq konkret fənn biliyindən daha çox, uzunmüddətli mütaliə vərdişləri və mətnlə işləmə mədəniyyəti ilə birbaşa bağlıdır. Məhz buna görə də oxu üzrə əldə edilən hər bir bal davamlı və sistemli fəaliyyətin nəticəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol