Menu

Tehrandan cavab zərbəsi: İordaniyadakı ABŞ bazaları raket atəşinə tutuldu

09.09.2026, 10:37
Tehrandan cavab zərbəsi: İordaniyadakı ABŞ bazaları raket atəşinə tutuldu

Dünən gecə İran İordaniya ərazisinə kütləvi raket zərbələri endirib. 

"AzPolitika" xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yaydığı məlumata görə, hücum zamanı ABŞ tərəfindən idarə olunan "Müvəffəq Salti" və "Şahzadə Həsən" hərbi hava bazaları hədəf alınıb.

İİKK-nin mətbuat xidmətindən bildirilib ki, ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə sistemləri raketləri effektiv şəkildə dəf edə bilməyib və nəticədə İordaniya qırıcıları havaya qalxmağa məcbur olub. Adı açıqlanmayan ərəb mediasına istinadən qeyd olunub ki, xəsarət alan çoxlu sayda amerikalı hərbçi Almaniyadakı "Ramşteyn" aviabazasına təxliyə edilib.

İİKK bu əməliyyatın ABŞ qüvvələrinin İranın neft tankerlərinə hücumuna cavab olaraq həyata keçirildiyini vurğulayıb. Tehran, həmçinin İİKK hərbi dəniz qüvvələrinin Hörmüz boğazı yaxınlığında 20 gəmiyə endirdiyi zərbələri də bu təcavüzə cavab kimi qiymətləndirib.

ABŞ rəsmiləri sözügedən iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

E. Səlimov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol