Odesa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleh Kiperin verdiyi məlumata görə, sentyabrın 9-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Moldova ilə sərhədində yerləşən "Starokozaçye" beynəlxalq avtomobil keçid məntəqəsinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.
O.Kiper bildirib ki, həlak olanlar və yaralananlar hücum zamanı keçid məntəqəsinin yaxınlığında olublar. Ərazidəki daha 16 nəfər isə avtobuslarla təhlükəsiz məsafəyə təxliyə edilib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, zərbələr nəticəsində ərazidəki tikililər zədələnib, avtobuslar, yük və minik avtomobilləri məhv olub. Hadisə yerində genişmiqyaslı yanğın baş verib.
“AzPolitika.info”


Şərhlər