Menu

Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür - Ceyhun Bayramov

09.09.2026, 13:28
Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür - Ceyhun Bayramov

"TRIPP kimi layihələrdə müxtəlif tərəflər var, əsas danışıqlar Ermənistan və ABŞ arasında keçirilir”.

"AzPolitika" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, bu işlər davam etdirilir. Fiziki işlərin başlanması 2027-ci ilə keçiriləcək. Biz hesab edirik ki, bu layihə nə qədər tez həyata keçirilsə, o qədər yaxşıdır. Bunun tək Azərbaycana deyil, Ermənistana və region dövlətlərinə faydası var”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol