Xəbər verildiyi kimi, ötən gecə Ukrayna dronları Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum edib. Krasnodar vilayətinin rəhbəri Veniamin Kondratyev dron hücumu nəticəsində dörd nəfərin öldüyünü, daha 29 nəfərin yaralandığını bəyan edib.
“Astra” kanalı isə dron hücumunun dəniz limanının bir hissəsi olan Novorossiysk Yanacaq Neft Terminalını hədəf aldığını qeyd edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediası Prezident Volodimir Zelenskinin Novorossiyskə zərbələr barədə açıqlamasını yayıb.
O bildirib ki, Ukraynanın zərbələri nəticəsində Novorossiysk və Krasnodar diyarında hərbi dəniz bazası, neft terminalı, hərbi liman qurğuları və döyüş gəmiləri ciddi zərər görüb.
“AzPolitika.info”


Şərhlər