Menu

Qroznı-Bakı birbaşa aviareysləri bərpa olunur? - Bakı aeroportundan AÇIQLAMA

10.09.2026, 12:40
Qroznı-Bakı birbaşa aviareysləri bərpa olunur? - Bakı aeroportundan AÇIQLAMA

Qroznı-Bakı istiqamətində birbaşa aviareyslərin oktyabrın sonundan etibarən yenidən həyata keçirilməsi nəzərdə tutulmur.

"AzPolitika" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"Hazırda aeroportun qış mövsümü üçün təsdiq olunmuş uçuş cədvəlində Qroznı-Bakı istiqamətində birbaşa reys planlaşdırılmayıb", - açıqlamada qeyd edilib.

Bundan öncə Qroznı Beynəlxalq Aeroportu oktyabrın 27-dən başlayaraq "Utair" aviaşirkətinin Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları yenidən icra edəcəyini elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol