Menu

Arda Gülər İspaniya nəhəngi yeni müqavilə imzalayıb

10.09.2026, 19:37
Arda Gülər İspaniya nəhəngi yeni müqavilə imzalayıb

Arda Gülər "Real Madrid"lə 2032-ci ilə qədər yeni müqavilə imzalayıb

"AzPolitika" xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Belə ki, "Real Madrid"in türk futbolçusu Arda Gülər klubla yeni müqavilə razılaşmasına gəlib. Müqavilə 2032-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

Romano bildirib ki, bütün şərtlər razılaşdırılıb və rəsmi açıqlama yaxın günlərdə veriləcək. Anlaşma artıq tamamlanıb. Gülər "Real Madrid"in layihəsinin mühüm hissəsi hesab olunur və razılaşma çərçivəsində onun maaşı da artırılacaq.

Türkiyəli ulduz 2023-cü ildə Fənərbaxçadan "Real Madrid"ə keçib və hazırda komandanın əsas oyunçularından biri kimi qiymətləndirilir. Yeni müqavilə ilə o, klubda qalacağını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol