İranın zərbələrinin ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurduğu bildirilir.
Məlumatı “The Epoch Times” qəzetinin müxbiri Rayan Morgan ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hang Kaonun açıqlamasına istinadən “X” sosial şəbəkəsində yayıb.
Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir. Bu komandanlığın əməliyyat məsuliyyəti Fars körfəzi, Qırmızı dəniz və Hind okeanının bir hissəsini əhatə edir.
Açıqlamaya əsasən, zərbələrdən sonra “Abraham Lincoln” aviadaşıyıcısının Bəhreyndə yan alması üçün uyğun imkan qalmayıb. ABŞ tərəfinin zərər görmüş obyektlərin bərpası məsələsini nəzərdən keçirdiyi də bildirilir.
Məlumatın miqyası və obyektlərə dəymiş ziyanın səviyyəsi barədə müstəqil təsdiq hələlik yoxdur.
AzPolitika.info


Şərhlər