Menu

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - Hökm oxundu

11.09.2026, 14:59
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - Hökm oxundu

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb.

"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, E. Əliyevaya 12 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. Elmira əri Samiri öldürüb meyiti həyətdə basdırdıqdan sonra üzərinə gül əkib. Polis itkin düşdüyü bildirilən Samirin öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyini aşkarlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol