Menu

Güllələnmiş büstlər ziyarət olundu - FOTO

11.09.2026, 18:18
Güllələnmiş büstlər ziyarət olundu - FOTO

Diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində Azərbaycanın tanınmış nümayəndələri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxış keçiriblər.

Bu barədə "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir.

Diplomatlara bildirilib ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və orada onları metal qırıntısı kimi əritməyə cəhd göstərilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində abidələr Azərbaycana qaytarılıb.

Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa şəhəri işğaldan azad edildikdən sonra əvvəlki yerlərinə qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol