Menu

Diplomatlar Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTOLAR

11.09.2026, 18:53
Diplomatlar Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTOLAR

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələri Şuşa şəhərinin Birinci yaşayış məhəlləsini ziyarət ediblər.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar məhəllədə aparılan bərpa-tikinti işləri ilə tanış olublar.

Qonaqlara burada yaradılmış şərait və həyata keçirilmiş layihələr barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyətinə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol