Menu

Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11.09.2026, 19:46
Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 7:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq.

Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol