Menu

SƏUDİYYƏ ƏRƏBİSTANININ “NEFT DAMARI” VURULDU – Strateji kəmər dayandırıldı

12.09.2026, 10:13
SƏUDİYYƏ ƏRƏBİSTANININ “NEFT DAMARI” VURULDU – Strateji kəmər dayandırıldı

Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəməri bir neçə hava hücumuna məruz qaldıqdan sonra təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

“AzPolitika” xəbər verir ki, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin məlumatına əsasən, hücumlar sentyabrın 10-da kəmərin Ər-Riyad və Mədinə bölgələrindən keçən hissələrinə edilib.

Nazirlik hücumlar nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib, qəza və texniki xidmət briqadaları əraziyə cəlb olunub.

Rəsmi açıqlamada kəmərin təhlükəsizliyinin qiymətləndirildiyi və əlavə məlumatın araşdırma davam etdikcə veriləcəyi qeyd olunur.

Səudiyyə Ərəbistanı və İraq tərəfləri hücumda istifadə olunan dronların İraq ərazisindən buraxıldığını bildiriblər. Bununla belə, hücumu konkret hansı qüvvənin həyata keçirdiyi rəsmən müəyyənləşdirilməyib.

“Reuters”in məlumatına görə, İraq hakimiyyəti hadisə ilə əlaqədar araşdırmaya başlayıb. Agentlik hücuma görə məsuliyyət daşıyan tərəfin hələ müəyyənləşdirilmədiyini yazır.

Təxminən 1200 kilometr uzunluğu olan kəmər ölkənin şərqindəki neft hasilatı bölgələrini Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirir.

Kəmərin fəaliyyətinin nə vaxt tam bərpa ediləcəyi və hücumun ixraca təsiri barədə hələ rəsmi məlumat yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol