Menu

Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir

12.09.2026, 13:08
Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir

Suriyanın yeni rəhbərliyi Livanda saxlanılan sabiq prezident Bəşər Əsədin qohumu Süleyman Hilal Əsədin ölkəyə təhvil verilməsi üçün bu ölkənin məhkəmə orqanlarına rəsmi müraciət edib.

"AzPolitika" xəbər verir ki, Bəşər Əsədin əmisi oğlunun övladı olan Süleyman Hilal Əsəd sentyabrın 11-də Livan ordusunun Bekaa vadisində narkomafiyaya karşı keçirdiyi xüsusi əməliyyat zamanı ələ keçirilib. O, Hərbi kəşfiyyat xidməti tərəfindən dindirildikdən sonra məhkəməyə təhvil verilib.

Livan ərazisində Suriya ilə bağlı saxlanılma halları son vaxtlar intensivləşib. Sentyabrın 2-də Livan hüquq-mühafizə orqanları ölkə ərazisində ələvi icmasından olan gənclərə hərbi təlim keçən Suriya ordusunun bir qrup keçmiş zabitini həbs edib.

Bundan başqa, avqustun 14-də vətəndaş müharibəsi illərində hərbi cinayətlər törətməkdə ittiham olunan keçmiş Suriya generalı Adel İsa da Livan tərəfindən deportasiya edilərək Dəməşqə təhvil verilib. Bu addım iki ölkə arasında axtarışda olan şəxslərin ekstradisiyasını nəzərdə tutan məhkəmə əməkdaşlığı sazişi çərçivəsində atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol