16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.
Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd olunub ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir. 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.


Şərhlər
Əcəb maraqlı *Birinci sin_fə ELEKTROn qəbul_ yenidən aktivləşir* başlıq sırf teniki başlığa pedaqoji münasibət-seçim necədir? Əvvəla, bütün kənd-qəsəbə ailələri, bələdiyyələri belə müasir texnoloji hazırlığa məktəblərlə birgə hazırdırlarmı? Son illər abiturientlərin qəbuluna qabiliyyəti-yoxlama da daxil edilib. Birinci Sinifə davam edəcək uşağın bütün arayışları, valideynləri və Özləri ilə əyani-tanışlıq (sorğu-sual) zəruri deyilmi?