Menu

Azərbaycan əhalisi geyim və ayaqqabı xərclərini 4 %-dən çox artırıb

12.09.2026, 15:42
Azərbaycan əhalisi geyim və ayaqqabı xərclərini 4 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5 milyard 613,8 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

"AzPolitika"nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 4,3 % çoxdur.

Ötən 8 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin toxuculuq məhsulları, geyim və ayaqqabıların 12,7 %-i alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,9 % artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol