Menu

Türkiyə XİN Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib

12.09.2026, 20:25
Türkiyə XİN Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İraq ərazisindən Səudiyyə Ərəbistanına qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumları ən sərt şəkildə pisləyib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda hücumların ən sərt şəkildə pisləndiyi, bu cür əməllərin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və regional sabitliyə təhdid yaratdığı vurğulanıb.

Həmçinin Türkiyənin bölgədə sülh və sabitliyə töhfə verəcək addımları dəstəkləməyə davam edəcəyi qeyd olunub. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol