Rusiya silahlı qüvvələri Ukraynanın Jitomir vilayətinin Zvyagel şəhərinə hücum edib.
Modern.az xəbər verir ki, pilotsuz uçuş aparatı şəhərdəki ərzaq mağazasına zərbə endirib. Hadisə nəticəsində 2 nəfər ölüb.
Hücum zamanı avtobus dayanacağının yaxınlığında yerləşən köşk də PUA-nın zərbəsinə məruz qalıb.
Bundan başqa, Polşanın “Cersanit” şirkətinə məxsus zavod da hədəfə alınıb. Sözügedən müəssisə Ukraynanın keramika plitələri və santexnika məhsulları istehsal edən ən böyük zavodlarından biridir.
Həmçinin Lutsk şəhərində sərnişin qatarına hücum edilib. Bildirilir ki, sərnişinlər əvvəlcədən qatardan təxliyə olunub və hadisə nəticəsində xəsarət alan olmayıb.


Şərhlər