Menu

Yəmənə endirilən zərbələrlə bağlı açıqlama

12.09.2026, 23:08
Yəmənə endirilən zərbələrlə bağlı açıqlama

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son iki sutka ərzində Yəməndə husilərin nəzarətində olan ərazilərə 129 hava zərbəsi endirib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Yəhya Səriya açıqlayıb.

“Son 48 saat ərzində Səudiyyə Ərəbistanı aviasiyası Taiz, Marib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə vilayətlərinə 129 zərbə endirib”, – Yəhya Səriya iddia edib.

Onun sözlərinə görə, zərbələr zamanı Səudiyyə Ərəbistanının Xamis-Müşeyt və Ət-Taifdəki hərbi bazalarından qalxan F-15 və “Typhoon” qırıcılarından istifadə olunub.

Ənsar Allah” nümayəndəsi husilərin bu zərbələri cavabsız qoymayacağını bildirib.

Səudiyyə Ərəbistanı tərəfi husilərin açıqladığı rəqəmləri hələlik təsdiqləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol