Litvada bu gün yerli vaxtla saat 13:00-dan etibarən pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi fonunda hava həyəcanı siqnalları verilməyə başlanıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, siqnallar əhalini PUA-ların kütləvi hücumları təhlükəsi barədə xəbərdar etmək məqsədilə işə salınıb.
Hava hücumundan xəbərdarlıq siqnalları ölkə üzrə ilk dəfə verilib.
Qeyd edək ki, Volın vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukrayna-Polşa sərhədindəki "Yaqodin" keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.
Nəticədə yanacaqdoldurma məntəqəsinin ərazisindəki tikililər və yaxınlıqda park edilmiş bir neçə yük maşını yanıb.


Şərhlər