Menu

"ABŞ bu məsələdə tələsik qərarlar qəbul etməməlidir" - Mayk Conson

13.09.2026, 22:10
"ABŞ bu məsələdə tələsik qərarlar qəbul etməməlidir" - Mayk Conson

ABŞ süni intellektin (Sİ) tənzimlənməsi məsələsində tələsik qərarlar qəbul etməməlidir, nəzarət və innovasiyaların dəstəklənməsi arasında tarazlıq tapmaq lazımdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson CNN telekanalının efirində bildirib.

"Əgər Konqres tələsərək Sİ-nin tənzimlənməsi üçün təcili sessiya çağırarsa, biz yarışı Çinə uduzacağıq, bu isə hər bir amerikalı üçün təhlükə yaradır. Buna görə də bizə tarazlıq tapmaq və əlimizi nəbzdə saxlamaq lazımdır", - Conson bildirib.

Onun fikrincə, bu mövzu ətrafında panikaya yol verməmək vacibdir.

"Biz bu yeni texnologiyanı keçmişdə digər texnologiyalarla etdiyimiz kimi idarə etməli və eyni zamanda Amerika innovasiyalarını boğmadan, mümkün olan hər şeyi etdiyimizə və məsuliyyətlə hərəkət etdiyimizə əmin olmalıyıq. Bu vəzifələri eyni vaxtda həll etmək lazımdır", - spiker qeyd edib.

Bununla yanaşı, Conson vurğulayıb ki, atom enerjisi və nüvə silahı sahəsindəki tənzimləmədən fərqli olaraq, ABŞ-nin Sİ sahəsində lazımi sistemin yaradılması üçün onlarla ili yoxdur.

"Əgər bunu atom enerjisi, nüvə müharibəsi və nüvə silahı məsələləri kimi digər böyük texnoloji sıçrayışlarla müqayisə etsək, bütün tənzimləyici və nəzarət orqanlarının, müxtəlif şuraların və beynəlxalq tərəfdaşlıqların yaradılmasına onilliklər sərf edilib. Sİ ilə bağlı vəziyyətdə isə bizim bu qədər vaxtımız yoxdur", - o bildirib.

Conson həmçinin qeyd edib ki, bir sıra şirkətlərin bu məsələnin təcili həll edilməsi ilə bağlı çağırışlarına baxmayaraq, problemin həlli yollarına dair onların arasında "konsensus yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol