Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib.
"AzPolitika" bu barədə quruma istinadən xəbər verir.
Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kimi Tamerlan Əliyevdir.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə İlahə Baxışova Tahirli rəhbər təyin edilib. O, III "Yüksəliş" müsabiqəsinin qalibidir.


Şərhlər