Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ölkənin Baş prokurorunun tutduğu postdan uzaqlaşdırılması ilə bağlı sərt açıqlama yayıb.
Dövlət başçısı qeyd edib ki, bu vəzifəli şəxs üçün yeganə çıxış yolu istefadır: "Bu Baş prokuror üçün yalnız bir yol var: vəzifəsindən azad edilməsi. Mən ona məhz bunu dedim. Ukrayna bütün səbəbləri görüb. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy elə də adlandırsın. Parlamentariyləri bu qərarı təxirə salmadan dəstəkləməyə çağırıram".
Prezident məsələnin ciddiliyini vurğulayaraq, Ali Radanın deputatlarını bu tələbə operativ şəkildə səs verməyə çağırıb.
Rasim
"AzPolitika.info"


Şərhlər