Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidenti Aleksandar Vuçiçə təqdim edib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Report"un Balkan bürosu məlumat yayıb.
Məlumata görə, Aleksandar Vuçiç Azərbaycan səfirini Serbiya Sarayında qəbul edib.
Xatırladaq ki, Tahir Tağızadə bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olaraq fəaliyyət göstərib.


Şərhlər