Menu

Paris teraktını törədənlər mühasirəyə alındı

08.01.2015, 20:39
Paris teraktını törədənlər mühasirəyə alındı

Dünən Parisdə “Şarli Hebdo” satirik jurnalına hücum edənlərin yeri aşkarlanıb. Axar.az xəbər verir ki, 12 nəfəri öldürən terrorçular Krepi-en-valois bölgəsində bir evdə gizlənirlər.

Evin mühasirəyə alındığı bildirilir. Terrorçulardan birinin təslim olduğu, digər iki nəfərin isə qardaş olduğu açıqlanıb. Fransa polisi əməliyyata başlayıb. Əlcəzairli Səid və Şərif Kuaşi qardaşlarının Parisin şimalında yerləşən "Villers-Kottertte" yanacaq məntəqəsində göründüyü də iddia edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol