Menu

Ukraynaya "Patriot" istehsalı üçün lisenziya veriləcək – Tramp şərtini açıqladı

14.09.2026, 14:08
Ukraynaya "Patriot" istehsalı üçün lisenziya veriləcək – Tramp şərtini açıqladı

“Ukrayna Amerikanın "Patriot" zenit-raket kompleksləri üçün raketlərin yerli istehsalı lisenziyasını əldə edəcək, lakin söhbət bu silahın nisbətən köhnə versiyasından gedir”.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib. Jurnalistlərin Ukrayna Prezidenti Volodimir Zelenskinin sözügedən raketlərin istehsalı üçün lisenziya almağa nail olub-olmayacağı ilə bağlı sualına Tramp qısa şəkildə "Daha az müasir versiyasını" deyə cavab verib.

Bununla belə, ABŞ dövlət başçısı lisenziyanın verilməsi ilə bağlı yekun qərarın dəqiq nə vaxt qəbul ediləcəyini açıqlamayıb.

Öz növbəsində Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ölkə Prezidenti Karol Navrotskiyə çağırış edərək, Ukraynaya "Patriot" raketlərinin verilməsi məsələsində Trampa təsir göstərməyi xahiş edib. Sikorski vurğulayıb ki, bu raketlərin ehtiyatı məhdud olduğu üçün onların ötürülməsi həmişə çətin qərarlarla müşayiət olunur: "Bu mənim qərarım deyil. Bu məsələdə cənab prezidentin Birləşmiş Ştatlarla imtiyazlı münasibətləri var, bu isə Amerika təşəbbüsüdür... Ukrayna etibarlı müttəfiqdir, o bizim sərhədimizi Putinin tanklarından qoruyur. Həm də bu raketlər şəhərlərə uçan Rusiya raketlərini məhv edərdi".

Eyni zamanda, Ukraynanın Müdafiə naziri Yevgeni Xmara bəyan edib ki, Kiyev Avropa İttifaqının ayırdığı kredit hesabına "Patriot" sistemləri üçün 1000-ə yaxın raket alacaq. Nazir bildirib ki, Ukraynanın müqavimətini təmin etmək üçün hava hücumundan müdafiə sahəsində operativ qərarların qəbul edilməsi həyati əhəmiyyət kəsb edir.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol