“Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Baku Stell Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib. Həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir”.
“AzPolitika” xəbər verir ki, bu barədə “Gununsesi.info” özəl mənbələrə istinadla xəbər yayıb.
Qeyd olunur ki, bu işlə bağlı diqqətiçəkən daha bir məqam “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir. İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
“AzPolitika.info”


Şərhlər