Menu

"BU İFADƏ DEYİLDİ, SADƏCƏ SÖHBƏT İDİ...” - Sərdar Cəlaloğludan AÇIQLAMA

15.09.2026, 20:49
"BU İFADƏ DEYİLDİ, SADƏCƏ SÖHBƏT İDİ...” - Sərdar Cəlaloğludan AÇIQLAMA

“Mən Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa ifadə verməmişəm. Mənim ona nə aidiyyatım var? Qoy onun deputatları, təyin etdiyi məmurlar ifadə verib nə əməllər törətdiyi barədə məlumat versinlər. Mehdiyevlə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb”.

Bunu “AzPolitika”ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Xatırladaq ki, “Gununsesi.info” saytı “Ramiz Mehdiyev işi” üzrə məhkəmədə ADP sədrinin, Prezident Katibliyinin keçmiş rəisi Eldar Namazovun və “Baku Stell Company” şirkətinin həbsdəki sabiq direktoru Rasim Məmmədovun şahid qismində ifadə vecəkləri dair xəbər yayıb. Bildirilir ki, adıçəkilən şəxslər istintaqa şahid qismində ifadə verdiklərinə görə məhkəmə prosesinə də dəvət olunacaqlar.

S.Cəlaloğlu qeyd edib ki, vaxtı ilə AXCP sədri Əli Kərimli barədə dediklərinə görə istintaq orqanına dəvət olunub:

“Onun tərəfdarları Vüqar Məmmədovun həbsindən sonra bizə hücum etmişdilər. Mən də mətbuata onun haqqında açıqlamalar vermişdim. Məni çağırıb bu haqda söhbət etdilər, mən də mətbuatdan oxuduqlarım haqqında fikir yürütdüyümü dedim. Bu ifadə deyildi, sadəcə söhbət idi”, - S.Cəlaloğlu vurğulayıb.

Rasim

AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol