Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə siyasi repressiyalar aparıldığına dair iddiaları rədd edib.
“AzPolitika” Belarus mediasına istinadla xəbər verir ki, Lukaşenko bunu Minskdə səfərdə olan ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul ilə görüşdə bəyan edib.
"Buradakı görüşümüzdən əvvəl, sizin onları adlandırdığınız kimi, “siyasi məhbuslar”ın azad edilməsi barədə çox danışılıb. Buradan gedənlər Qərbdə bu barədə məlumat yayırlar. Eşitdiyimə görə, sizi də əmin edirlər ki, guya biz repressiyaları davam edərək azad etdiklərimizdən iki dəfə çox insanı həbs edirik. Sizə açıq şəkildə bildirmək istəyirəm ki, bu, tamamilə yalandır", - deyə Lukaşenko bildirib.
Lukaşenko deyib ki, "Belarusda siyasi məhbus yoxdur, çünki qanunvericiliyimizdə belə bir müddəa yoxdur".
Belarus Prezidentinin sözlərinə görə, söhbət siyasi məhbuslardan deyil, qanunla istintaq altında olan və ya islah-əmək koloniyalarında olan insanlardan gedir.
“AzPolitika.info”


Şərhlər