Menu

Avropadan Cənubi Qafqazla bağlı layihə: 12 milyard ayrılır

16.09.2026, 13:12
Avropadan Cənubi Qafqazla bağlı layihə: 12 milyard ayrılır

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa bağlamalı olan Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırır.

"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib.

"Bu, bağlantılılıq sahəsində yeni beynəlxalq layihə olacaq. Layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirəcək. Biz bunu Orta Dəhliz adlandırırıq", - fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ bu layihəyə 12 milyard avroya qədər dövlət və özəl investisiyaları cəlb etmək üçün "Global Gateway" təşəbbüsündən istifadə etmək niyyətindədir.

"Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilə qədər yüklərin tranzit vaxtını kəskin şəkildə azaltmaqdır", - rəsmi deyib.

O, həmçinin Bolqarıstanın Baş naziri Rumen Radevlə birlikdə bağlantı məsələlərinə dair regional sammitin keçiriləcəyini elan edib. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, sammit layihənin praktiki reallığa çevrilməsinə yönəldiləcək.

Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçir və Aİ tərəfindən ticarət əlaqələrinin şaxələndirilməsi marşrutlarından biri kimi nəzərdən keçirilir. Brüssel üçün regionda nəqliyyat və digər infrastrukturun inkişafı, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlıdır.

Fon der Lyayen bu cür tərəfdaşlıqların inkişafını beynəlxalq sistemin dəyişməsi və Aİ-nin tədarük zəncirlərinin dayanıqlılığını müstəqil şəkildə möhkəmləndirmək və öz iqtisadi maraqlarını qorumaq zərurəti ilə əlaqələndirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol