Menu

Rekord göstərici... - ADY rəqəmləri açıqladı + FOTO

16.09.2026, 14:43
Rekord göstərici... - ADY rəqəmləri açıqladı + FOTO

Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin səfəri qeydə alınıb.

"AzPolitika" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə, ümumilikdə, 52 minə yaxın sərnişin daşınıb.

Qeyd olunub ki, ötən ilin eyni günündə sözügedən marşrutlar üzrə 42 mindən çox sərnişin səfər edib. Bu il sərnişin sayında ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 faiz artım qeydə alınıb.

Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən etibarən Abşeron dairəvi dəmir yolu üzrə gündəlik reyslərin sayı da artırılıb. Belə ki, reyslərin sayı 90-dan 96-ya çatdırılıb.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol