Menu

Azərbaycanda orta aylıq əməkhaqqı 1,5 min manatı ötəcək

16.09.2026, 23:12
Azərbaycanda orta aylıq əməkhaqqı 1,5 min manatı ötəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ildə 1 551,5 manata çatacaq.

Bu barədə "AzPolitika" Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək.

Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq.

2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2 % çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol