Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçkounun verdiyi məlumata görə, Rusiya gecə saatlarında Kiyevə raket zərbəsi endirib və nəticədə aralarında uşaqların da olduğu ən azı 12 nəfər xəsarət alıb, yaralananlardan doqquzu xəstəxanaya yerləşdirilib. Kiyevin müxtəlif rayonlarında yaşayış binaları, inzibati binalar və anbarlar zədələnib. Qoloseyevski rayonunda yaşayış binalarının pencerələri sınaraq tökülüb və universitet binalarından biri də zərər görüb.
Eyni gecə Rusiya qüvvələri Odessaya da hücum edib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, aralarında 4 yaşlı uşağın da olduğu ən azı üç nəfər xəsarət alıb. Çoxmərtəbəli bina da zədələnib.
Sumıda da Rusiya hücumları nəticəsində həlak olanlar və yaralananlar var. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, dünən idarəolunan aviasiya bombaları ilə həyata keçirilən hücumlarda bir nəfər həlak olub, aralarında iki uşağın da olduğu doqquz nəfər yaralanıb. Yaşayış binaları, köməkçi tikililər və nəqliyyat vasitələrinə ziyan dəyib və dağıntılar baş verib.
“AzPolitika.info”


Şərhlər