ABŞ Ukraynadakı müharibənin bitməsini gözləmədən Rusiyaya biznes sövdələşmələri bağlamağı təklif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "The New York Times"(NYT) qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Vaşinqtonun əvvəlki mövqeyi isə bunun əksini göstərirdi və Rusiya ilə ABŞ arasında iqtisadi əlaqələrin bərpası yalnız Ukraynada hərbi əməliyyatlara son qoyulmasından sonra mümkün hesab edilirdi. Hətta iqtisadi sövdələşmələr məhz müharibəni bitirməyə görə "mükafat" kimi təklif olunurdu.
Bu barədə qəzetə anonimlik şərti ilə danışan ABŞ rəsmisinin sözlərinə görə, müharibə bitmədən də biznes sövdələşmələrinin bağlanması artıq mümkündür, çünki bu, ABŞ-nin Moskva ilə münasibətləri yenidən qurmaqda ciddiliyini nümayiş etdirəcək.
ABŞ administrasiyasının rəsmisi izah edib ki, Vaşinqton Rusiya elitasını sülhə təşviq etmək üçün əlavə stimullar yaratmaq istəyir. Onun dediyinə görə, müharibə bitmədən biznes sazişlərinin bağlanması Prezident Vladimir Putinin ətrafındakı anti-Amerika "qırğılarını" ABŞ Prezidentinin Rusiya ilə yeni münasibətlər qurmağa həqiqətən sadiq olduğuna inandırmağa kömək edə bilər.
NYT qeyd edir ki, Ukrayna qoşunlarının Donbasın Kiyevin nəzarəti altında qalan hissəsindən mümkün çıxarılması ilə bağlı danışıqlar dayandırıldıqdan sonra Trampın komandası müharibəni bitirmək üçün yeni ideyalar axtarışındadır və bu kontekstdə çox güman ki, kursunu dəyişib…
Bundan öncə Tramp Rusiyanın iqtisadi potensialını "böyük" adlandırsa da, onunla biznes sövdələşmələrinin bağlanmasını yalnız Moskvanın sülhə razılaşması halında mümkün hesab edirdi.
O, ötən il Alyaskada Putinlə görüşündən əvvəl bildirmişdi: "Onlar biznes aparmaq istəyirlər, amma biz bu müharibəni həll edənə qədər biznes apara bilməyəcəklər”.
“Bütün əlamətlər göstərir ki, ABŞ Rusiyaya daha böyük güzəştlər etmək imkanını nəzərdən keçirir".
Bunu isə Kiyevdəki keçmiş Avropa İtifaqı diplomatı Balaz Jarabikin nəşrə bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvaya “Ukraynada həqiqi təmkin nümayiş etdirərsə”, bəzi razılaşmaların irəliləyə biləcəyini nümayiş etdirir.
Bununla yanaşı, Rusiya ilə ABŞ arasında hansı konkret razılaşmaların müzakirə olunduğu bəlli deyil. Lakin Kreml artıq belə razılaşmalara dair ilkin siqnallar verib. Belə ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündən sonra bildirib ki, "iqtisadi məsələlər və potensial böyük qarşılıqlı faydalı Rusiya-Amerika layihələri ətraflı müzakirə olunub"…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər